İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) Amazon-u 10 milyon avro cərimələyib.
Ednews odatv-ə istiadən xəbər verir ki, İtaliyanın Rəqabət Təşkilatı (Antitrust-AGCM) yazılı açıqlama verərək ABŞ-da yerləşən Amazonu cərimələdiyini bildirib.
Açıqlamada, Amazonun İtaliyadakı internet saytında satın alma variantının avtomatik olaraq "təkrarlanan dövri alış" vəziyyətinə gətirildiyi və bunun istehlakçı seçimlərini məhdudlaşdırdığı və istehlakçının həqiqətən ehtiyacı olmasa belə o məhsulu almağa təşviq etdiyi qeyd edildi.
İtaliyanın ANSA agentliyinin dərc etdiyi xəbərdə Amazonun bu cəzadan şikayət etmək niyyətində olduğu bildirilib. Bildirilib ki, şirkət qərarla razılaşmayıb və müştərilərinin cərimə predmeti olan “Abunə ol və qənaət et” proqramı sayəsində pula qənaət etdiyini müdafiə edib.
Qeyd edilib ki, Amazon-un törəmə şirkətləri, Lüksemburqda yerləşən AmazonServices Europe və Amazon EU da cəzadan təsirlənib.
Xəyal Ramiz