Brüsseldə “Əbu-Dabi sirləri”nin açılması ilə bağlı mətbuat konfransı keçirilib - FOTOLAR

Dünya 15:15 29.04.2024

Aprelin 26-da Brüsseldə Beynəlxalq Hüquq və İnkişaf İnstitutu (IRDG) “Əbu-Dabi sirləri”ni açıqlayan “Kibertəhlükəsizlik və İnsan Haqları - Etika və Təsir” adlı mətbuat konfransı keçirilib. 

Ednews-a daxil olan məlumata görə, mətbuat konfransında İsveçrənin “Alp Services” şirkətinin qalmaqallı fəaliyyətindən bəhs edilib. “Alp Services”in casusluq fəaliyyətlərində iştirakı, siyasi məsləhət və böhranın idarə edilməsi daxil olmaqla, müxtəlif xidmətləri ilə tanınır.

2021-ci ildə ortaya çıxan “Əbu-Dabi sirləri” qalmaqalı “Alp Service”s-in Birləşmiş Ərəb Əmirliklərinin kəşfiyyat xidmətləri adından həyata keçirdiyi gizli əməliyyatları ifşa edib. Şirkət Əmirliyin düşmənlərini sarsıtmağa yönəlmiş şəxsi kəşfiyyat missiyaları həyata keçirməkdə, internetdə dezinformasiya yaymaq kimi aldadıcı taktikalardan istifadə etməkdə ittiham olunur.

Mətbuat konfransında Gizli Əməliyyatları Anlamaq: “Əbu-Dabi” qalmaqalının üsulları və nəticələri təhlil edilib, “Qurbanların Səsi: Casusluğun insana təsirlərinin araşdırılması, təsirə məruz qalan şəxslər və təşkilatların birbaşa hesabatları, medianın manipulyasiyası və onun nəticələri: Qalmaqalda medianın rolunun və onun ictimai etimada təsirlərinin araşdırılması, Casusluq Fəaliyyətləri üzrə Hüquqi Perspektivlər: Özəl kəşfiyyat firmalarının tənzimlənməsində hüquqi problemlərin qiymətləndirilməsi kimi mövzular müzakirə edilib. 

Nəticə olaraq vətəndaş cəmiyyəti, akademik dairələr, iş adamları, zərərçəkmişlər və araşdırma mərkəzləri birmənalı olaraq “Alp Services”-in fəaliyyətlərini pisləyir, həm şirkətə, həm də onun maliyyəçilərinə qarşı qətiyyətli tədbirlərin görülməsinə çağırır.

Müzakirə boyu “Alp Services”-in çirkin fəaliyyətinin təsirinə məruz qalan qurbanların bir neçə kateqoriyası müəyyən edilib:

- Birbaşa Təsirə məruz qalan şəxslər: Yalan məlumatların yayılması və casusluq fəaliyyəti ilə birbaşa hədəfə alınan və zərər çəkən şəxslər.

- Təhsil və Tədqiqat Müəssisələri: Özü də istəmədən saxta xəbərlərin və dezinformasiyanın yayılmasına qarışmış məktəblər, universitetlər və tədqiqat mərkəzləri.

- Təsirə məruz qalan ölkələr: “Alp Services”-in gizli əməliyyatları ilə hədəfə alınan və zədələnmiş ölkələr.

- Əmirlik Vətəndaşları: BƏƏ daxilində bu cür qeyri-etik hərəkətlərə qarşı çıxan və ya manipulyasiya edilmiş xəbərlərin yayılması üçün “Alp Services”-i istəmədən maliyyələşdirən şəxslər.

Sessiyanın sonunda məsələ ilə bağlı daha əvvəl məktub göndərildiyi Avropa Parlamentini bu məsələyə müraciət etməyə və tez bir zamanda tədbir görməyə çağırış edilib. 

Bundan başqa konfransda gələcəkdə təsir altına düşə biləcək şəxslərdən və qurumlardan, istər media təbliğatı, istərsə də hüquqi fəaliyyət vasitəsilə “Alp Services”-ə qarşı fəal tədbirlər görmələri xahiş edilib.

Mətbuat konfransında Beynəlxalq Hüquqlar və İnkişaf İnstitutundan (IRDG) - Cenevrə - İsveçrədən xanım Aya Linda da daxil olmaqla, Deusto Universitetindən Dr. Susana Manqana – İspaniya, Bilbao / Cenevrə Demokratiya və İnsan Haqları Mərkəzindən cənab Anuar Qarbi - İsveçrə / Fribourq və Aix Marsel Universitetinin professoru Dr. Baptist Brodard, Fransa / Böyük Britaniyanın Salford Universitetinin kriminologiya üzrə müəllimi Dr. Fahid Quraşi və tanınmış fransız jurnalisti cənab Jan-Mişel Brun kimi görkəmli şəxslər iştirak ediblər.

Mətbuat konfransının məqsədi kibertəhlükəsizlik adı altında həyata keçirilən insan hüquqlarının və şəxsi həyatın toxunulmazlığının kobud şəkildə pozulmasına işıq salmaqdır. 

2018-ci ildən İqtisadi və Sosial Şurada məşvərətçi statusu olan qeyri-hökumət təşkilatı IRDG bu cür sui-istifadə halları qarşısında insan hüquqları prinsiplərini dəstəkləməyə və ədaləti müdafiə etməyə sadiqdir.

Qeyd edək ki, “Əbu-Dabi sirləri” araşdırmaları çərçivəsində “Alp Services”in 2017-2020-ci illər arasında Avropanın 18 ölkəsində “Müsəlman Qardaşlar” təşkilatının bir hissəsi olduğu iddia edilən 1000-ə yaxın şəxs və 400 təşkilatın BƏƏ-yə kəşfiyyat məlumatı verdiyi üzə çıxıb.

Xatırladaq ki, “Alp Services” mərkəzi ofisi İsveçrənin Cenevrə şəhərində yerləşən özəl qlobal ictimai əlaqələr və biznes məsləhət şirkətidir. Neytrallıq prinsipi ilə idarə olunan diplomatik mərkəz olan şirkət Cenevrədə siyasi gündəm mövzuları ilə bağlı qlobal analizlər, araşdırmalar toplayır və paylaşırlar.  Sənayedə 30 ildən çox təcrübə və beynəlxalq tərəfdaşlar şəbəkəsi ilə bütün dünyada hökumətlər, korporasiyalar və şəxslər üçün etibarlı məsləhətçi kimi çıxış edirlər. 

Əkbər 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
"Netflix" astronavtların kosmosa çıxışlarını yayımlayacaq
05:46 01.07.2025
"NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək"
05:19 01.07.2025
Siqaret ömrü qısaldır
04:48 01.07.2025
Bu gündən qohum evliliyi qadağandır
04:15 01.07.2025
Xakerlər Ağ Evi hədələyir
03:31 01.07.2025
ABŞ Kuba ilə bağlı siyasətini sərtləşdirəcək
03:09 01.07.2025
Artıq çəkisi olan polislər idmana cəlb ediləcək
02:34 01.07.2025
Ticarət mərkəzindən 1 300 manatlıq qol saatı oğurlandı
02:01 01.07.2025
Yayda balıq yemək olmaz? -Ekspert danışdı
01:37 01.07.2025
"İnter" Barış Alperi almaq istəyir
01:03 01.07.2025
Özbəkistan Prezidenti Azərbaycana gəlir
00:34 01.07.2025
9 yaşlı ukraynalı qızla evlənməyə çalışan ingilis saxlanılıb
00:19 01.07.2025
500-dən çox quş növü məhv ola bilər
00:14 01.07.2025
Bu gündən sosial müavinətlər, Prezident və fəxri adlara görə təqaüdlər artırılır
00:02 01.07.2025
"Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm"
23:59 30.06.2025
Ürək sağlamlığı üçün Gündə bir ovuc qoz ye
23:40 30.06.2025
Hamısı