Xəbər verdiyimiz kimi, İran prezdenti və rəsmilərinin helikopter qəzası nəticəsində öldüyü rəsmiləşib. Bu xəbərdən sonra İranda hər hansı bir siyasi dəyişiklik olar bilərmi? Hadisədə kiminsə əli ola bilərmi? Prezidentin ölümü HƏMAS-İsrail müharibəsinə necə təsir edəcək?
Gündəm mövsuzu ilə Ednews-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov bildirdi ki, İranın Prezidenti və Xarici İşlər Nazirinin avia qəzada həlak olması İranın xarici siyasətinə ciddi təsir edəcəyini düşünmürəm.
"Çünki ölkə Prezidentin deyil, Ali dini rəhbərin nəzarəti altında ifdarə olunurdu. Növbəti Prezident də Xomeneyinin əmr və tapşırıqlarını icra etməklə öz vəzifəsini yerinə yetirmiş olacaq. Rəisinin həlak olması gələcəkdə Ali dini liderin yerinə namizəd olanların sayının bir nəfər azalması deməkdir. Çünki artıq onun Dini lider olmaq üçün güclü şansı olduğunu qeyd edirdilər. Rəisi baxmayaraq ki, rəhbərlik tərəfindən istiqamətləndirilirdi. O, xarici siyasətdə müəyyən qədər yumşaq gücün tərəfdarı idi və bu kursu irəli aparırdı. Növbəti prezidentin ağır xətt tərfdarı olacağını düşünürəm. Bu da həm İsrail, həm də Amerika ilə münasibətlərin daha da kəskinləşməsi ilə nəticələnə bilər".
Oğuz