Çin, ABŞ-ın suverenlik mübahisəsi olan Tayvana silah satışında vasitəçilik etdikləri səbəbiylə üç Amerika müdafiə sənayesi şirkətinə sanksiya tətbiq edəcəyini açıqladı.
Ednews bloomberght.com-a istinadən xəbər verir ki, Çin Ticarət Nazirliyindən verilən açıqlamada "Boeing Defence"-nin kosmik və təhlükəsizlik bölməsi ilə "General Atomics Aeronautical Systems" və "General Dynamics Land Systems" şirkətlərinin "etibarsız qurum" siyahısına daxil edildiyi bildirilib.
Belə ki, sözügedən şirkətlərin Çinə daha çox sərmayə qoymasının qarşısı alınarkən, onların yüksək səviyyəli menecerlərinin Çinə girişi qadağan edilib.
Maraqlıdır ki, sanksiya qərarı Tayvanın yeni lideri Lai Çinq-tenin and içdiyi günə təsadüf edib.
Pekin administrasiyası ABŞ prezidenti Co Baydenin fevral ayında Tayvana əlavə 75 milyon dollarlıq silah satışını təsdiqlədikdən və şirkətlərin aktivlərinin dondurulmasından sonra aprel ayında bu şirkətlərə qarşı sanksiyalar tətbiq edəcəyini vurğulayıb
Xəyal