Mayın 15-də 4 güllə yarası alan Slovakiyanın baş naziri Robert Fiko komadan ayılıb və ətrafındakılarla əlaqə saxlayır.
Ednews xəbər verir ki, bu barədə informasiyanı onun müalicə aldığı xəstəxananın rəhbərliyi yayıb.
Mənbə qeyd edir ki, səhər saatlarında baş nazir qarın boşluğunun nəzarət kompüter tomoqrafiyasından keçib.
Eyni zamanda onun səhhətinin yaxşılaşdırılması üçün digər tədbirlər həyata keçirilir.