“Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib: “Kilsə niyə vergi ödəmir. Bunun müzakirəyə ehtiyacı var. Ümumiyyətlə, hüquqi nöqteyi-nəzərdən baxmaq lazımdır ki, əli öpülən keşiş vergi ödəyən, orduya sursat alan adi iş adamından fərqli olaraq niyə yüksəkdə durur?
Eyni zamanda, Ali Radada “Avropa Həmrəyliyi” fraksiyası və Petro Poroşenko kanonik Ukrayna Pravoslav Kilsəsinə tam qadağa qoyulması məsələsinin yenidən gündəmə gətirilməsini tələb edirlər.
Nəyə görə Qərbin "yemlədikləri" şəxslər şeytana çevrilirlər (satanizm)?".
Ednews xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.