Ankarada türk dünyası vəkillərinin əməkdaşlığının gücləndirilməsi müzakirə olunub

Dünya 18:08 25.05.2024

Türkiyənin Ankara şəhərində mayın 24-də rəsmi səfərdə olan Türk dünyası Vəkillər kollegiyalarının rəhbərliyi və nümayəndə heyətləri türk dünyası vəkillərinin əməkdaşlığının gücləndirilməsini müzakirə ediblər.

Bu barədə Ednews-a Vəkillər Kollegiyasından (ARVK) məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyətləri Türkiyənin Ali Məhkəməsinin sədri Ömər Kerkezi, Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcını və Danıştay (Ali-İnzibati Məhkəmə) başqanı Zeki Yiğiti ziyarət edib, görüşlər keçiriblər.

Rəsmi ziyarətdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin Vəkillər kollegiyalarının rəhbərliyi və nümayəndə heyətləri iştirak edib.

Görüşlər zamanı Azərbaycanın Vəkillər Kollegiyasının sədri Anar Bağırov və digər Kollegiya rəhbərləri çıxış edərək türk dünyasının məhkəmə-hüquq və vəkillik sahəsindəki təcrübələri barədə danışıblar, aparılan islahatlar müzakirə olunub, vəkillər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda görüşlərin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumatlar verilib, habelə fikir mübadiləsi aparılıb.

Həmçinin Türk dünyası Vəkillər kollegiyaları rəhbərliyinin keçirilən zirvə görüşünə, imzalanan niyyət bəyannaməsinə toxunulub. Bu tarixi olay Türkiyənin məhkəmə hakimiyyəti orqanlarının rəhbər şəxsləri tərəfindən yüksək qiymətləndirilib, hadisənin türkdilli ölkələr arasında hüquq sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi qeyd edilib.

Qeyd edək ki, mayın 23-də Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyinin və ARVK-nın birgə təşkilatçılığı ilə Türk dünyası Vəkillər kollegiyalarının zirvə görüşü keçirilib, niyyət bəyannaməsi imzalayıb. Bəyannamədə türk dövlətlərinin Vəkillər kollegiyaları birliyinin yaradılması, nizamnaməsinin hazırlanması, o cümlədən növbəti mərhələlərdə zirvə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Aşura günü 2 mindən çox şəxs qan verib
07:47 06.07.2025
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçiriləcək
07:13 06.07.2025
Mark Zukerberq Ağ Evdən qovulub
06:38 06.07.2025
Hamısı