ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkolun başçılıq etdiyi nümayəndə heyəti mayın 26-da Tayvana səfər edəcək.
Ednews xəbər verir ki, bu barədə Tayvandakı Amerika İnstitutu məlumat yayıb.
Ümumilikdə nümayəndə heyətinə altı konqresmen daxil olacaq. Səfər dörd gün davam edəcək.