İrəvanın mərkəzində mitinq keçirən Ermənistanın “Vətən naminə Tavuş” partiyası arxiyepiskop Baqrat Qalstanyanı ölkənin baş naziri postuna namizəd kimi irəli sürüb.
Ednews "TASS"a istinadən xəbər verir ki, bunu hərəkat rəhbərlərindən Qurgen Malikyan bildirib.
"Bir aydır ki, görüşlər, müzakirələr keçiririk. Müxtəlif sferaların, siyasi partiyaların və ictimai hərəkatların nümayəndələri ilə görüşdük. Söhbətləşdiyimiz insanların mütləq əksəriyyəti belə bir fikirdə idi ki, Baqrat Qalstanyan baş nazirliyə namizəd olmalıdır".
Xatırladaq ki, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi mitinqlər Qazaxın işğal olunmuş kəndlərinin Azərbaycana qaytarılmasına qarşıdır və N. Paşinyanın istefasını tələb edir.
Əkbər Novruz