Hindistanın paytaxtı Dehlidə havanın temperaturu rekord həddə - 49,9 dərəcəyə çatıb.
Ednews "The Guardian"a istinadən xəbər verir ki, bu barədə Hindistan Meteorologiya İdarəsi açıqlayıb.
Meteoroloji büro havanın temperaturunun gözləniləndən 9 dərəcə yüksək olduğunu bildirib.
İllərlə aparılan elmi araşdırmalar nəticəsində məlum olub ki, iqlim dəyişikliyi istilik dalğalarının daha uzun, tez-tez və daha intensiv olmasına səbəb olur. Qeyd edək ki, İdarənin verdiyi məlumata görə paytaxt və əsasən də ölkənin şimal şəhərlərində su qıtlığı olması gözlənilir.
Əkbər Novruz