Rusiya “Taliban” hərəkatını terror təşkilatları siyahısından çıxarılması ilə bağlı qərar qəbul etməyə hazırlaşır.
Ednews ərəb mediasına istinadən bu barədə məlumat yayıb. Yayılan məlumata görə, Rusiya Xarici İşlər Nazirliyi və Ədliyyə nazirliyi “Taliban” hərəkatını terror təşkilatları siyahısından çıxarılmasını dəstəklədiklərini açıqlayaraq bu təklifi Rusiya prezidenti Vladimir Putinə təqdim ediblər.
Bununla bağlı tanınmış rus diplomat Zamir Kabulov bildirib ki, Moskva “Taliban”ı Əfqanıstanın rəsmi hökumət kimi tanımağa daha yaxındır.
Qeyd edək ki, “Taliban” 2021-ci ildə Əfqanıstanda hakimiyyətə gəlib.
Xatırladaq ki, 2019-cu ildə Moskvada keçirilən konfransda “Taliban” hərəkətini terror təşkilatları siyahısından çıxara biləcəyini bildirilib.
Loğman Yunis