Çində dövlət aktivlərinin idarə edilməsi şirkətinin keçmiş direktoru ölüm cəzasına məhkum edilib.
Ednews xarici mətbuata istinadən xəbər verir ki, Çində dövlət aktivlərinin idarə edilməsi şirkəti olan China Huarong International Holdings (CHIH) şirkətinin keçmiş baş direktoru Bai Tienhui “rüşvət alma” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamları ilə ölüm cəzasına məhkum edilib.
Tianjin şəhərində keçirilən işdə məhkəmə Bayın şirkətdəki rəhbər vəzifəsindən sui-istifadə edərək 1,1 milyard yuan (təxminən 151 milyon dollar) rüşvət aldığına qərar verib
Ölüm hökmünün əsaslandırılmasında Bayın “qanunsuz yolla əldə etdiyi məbləğin ölçüsü, cinayətin cəmiyyətə təsiri, dövlətin və xalqın mənafeyinə vurduğu zərərin nəzərə alındığı” qeyd edilib.
Şirkətin Direktorlar Şurasının sədri Lai Xiamin 1,79 milyard yuan (təxminən 247 milyon dollar) rüşvət almaq və 25,13 milyon yuan (təxminən 3,46 milyon dollar) dəyərində əmlakı mənimsəməkdə ittiham olunaraq ölüm cəzasına məhkum edilib.
Şirkətin daha 4 keçmiş rəhbərinin məhkəmə qarşısına çıxarılacağı gözlənilir.
Əlavə məlumat üçün qeyd edək ki, Asiya böhranından sonra Çin tərəfindən qurulan 4 böyük ictimai aktivlərin idarə edilməsi şirkətindən biri olan China Huarong 2021-ci ildə Citic Group-a qoşulub və adı dəyişdirilərək China Citic Financial Asset Management Company adlandırılıb.
Mikayıl