ABŞ Prezidenti Co Bayden İsrailin HƏMAS-a təklif etdiyi razılaşmanın şərtlərinə uyğun olaraq növbəti addımı atmağa hazır olduğunu bəyan edib.
Ednews Qərb mətbuatına istinadən xəbər verir ki, Bayden Qətərdən HƏMAS-ı razı salmaq üçün kömək istəyib.
Ağ Evdən verilən yazılı açıqlamada Baydenin Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə telefon danışığında təklif edilən atəşkəslə bağlı son vəziyyəti dəyərləndirdiyi bildirilib.
Bildirilib ki, hazırkı atəşkəs razılaşması təklifinin “Qəzzada böhrana son qoymaq üçün yol xəritəsi təklif edir” mövzusunda həmfikir olan iki liderdən biri olan Bayden HƏMAS-ın təklifi qəbul etməli olduğunu bildirib.
Açıqlamada, Baydenin Qətərdən HƏMAS-ı razılaşma təklifini qəbul etməyə razı salmaq üçün nüfuzundan istifadə etməsini istədiyi və bu prosesdə verdiyi dəstəyə görə Qətər əmirinə təşəkkür etdiyi bildirilib.
Digər tərəfdən, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat brifinqində Qəzzada atəşkəslə bağlı son vəziyyəti dəyərləndirib.
“Bu təklif onların (İsrailin) ABŞ, Qətər və Misirlə məsləhətləşmələr nəticəsində hazırladıqları layihədir, lakin son nəticədə İsrailin təklifidir”, - deyə Miller vurğulayıb.
Miller masadakı təklifin HƏMAS tərəfindən qəbul ediləcəyi təqdirdə atəşkəs planının tam şəkildə həyata keçiriləcəyini gözlədiklərini və bu mövzuda İsrail tərəfi ilə daim təmasda olduqlarını vurğulayıb.
Mikayıl