ABŞ Dövlət Departamenti ABŞ Dəniz Piyadaları Korpusunun Kəşfiyyatının keçmiş zabiti və Birləşmiş Millətlər Təşkilatının Xüsusi Komissiyasının silah müfəttişi Skot Ritter Nyu-York havalimanında saxlanılıb.
Ednews "TASS" agentliyinə istinadən xəbər verir ki, o, Sankt-Peterburqda keçiriləcək Beynəlxalq İqtisadi Forum tədbirində qonaq məruzəçi qismində iştirak etmək üçün Rusiyaya səfəri zamanı saxlanılıb.
"Nyu-Yorkdan reysimə minərkən üç CBP [Gömrük və Sərhəd Mühafizəsi] zabiti məni kənara çəkdi və pasportumu ələ keçirdilər. Səbəbini soruşduqda, Dövlət Departamentinin əmridir dedilər. Əlavə məlumat verilmədi. Təyyaradən çantalarım çıxarıldı və məni hava limanından müşayiət etdilər”, - Ritter Sputnik-ə bildirib.
Ritter daha sonra bildirib ki, ABŞ hakimiyyəti onun Sankt-Peterburq tədbirində iştirakından "qorxduqları" üçün onun səyahətinə mane olduğunu düşünür.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Əkbər Novruz