"Baydenin hakimiyyətdə qalması üçün Avropada daha çox qan tökülməsinə ehtiyac duyur"
Ednews "TASS"a istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Maria Zaxarova "Telegram" platforması üzərindən bildirib.
“Avropa Birliyi ölkələri başa düşürlər ki, Vaşinqton onları NATO bayrağı altında Rusiya ilə birbaşa qarşıdurmaya cəlb edir?. Qərb dəlicəsinə öz ictimaiyyətini Rusiyanın Qərb ölkələrinə qarşı qaçılmaz təcavüzü iddiaları ilə qidalandırır və bu, yalnız bir şeyi nəzərdə tutur: Bayden administrasiyası öz hökumətinin və ABŞ iqtisadiyyatının dağılmasının qarşısını almaq üçün Avropada daha çox qan tökür", - deyə o, bildirib.
Əkbər Novruz