Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya ona qarşı sanksiyalar tətbiq edən ölkələrə "maksimum zərər" vurmalıdır deyib.
Ednews xəbər verir ki, o, bu barədə Telegram-da yazıb: "İqtisadiyyatlarına, institutlarına və hökmdarlarına zərər verilməlidir. Vətəndaşlarının rifahına, onların gələcəyə inamına zərər vurmalıyıq".
Medvedev bildirib ki, Rusiya onların iqtisadiyyatlarında zəif nöqtələri axtarmalı və onların enerji, sənaye, nəqliyyat, bank və sosial xidmətlərini sözün əsl mənasında məhv etməlidir.
Bundan əlavə, o, təkrar edib ki, Rusiya hələlik nüvə silahı istisna olmaqla, “Qərb dünyasının düşməni” olan ölkələrə silah göndərməlidir.
Əkbər Novruz