BMT-nin icraçı direktoru bu il iqlim dəyişikliyinə qarşı mübarizənin maliyyələşdirilməsi mövzusunda keçiriləcək zirvə görüşü öncəsi on günlük danışıqların başa çatdığını qeyd etdi.
Ednews noticiasrcn.com-a istinadən xəbər verir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Bakıda keçiriləcək olan COP29 zirvə görüşünə qədər bir çox məsələnin həll edilməli olduğunu vurğulayıb.
“Biz burada, Bonnda (Almaniya) irəliyə doğru bir çox addımlar atmışıq, lakin həll edilməmiş, hələ də masada qalan bir çox məsələlər var”-deyə İcraçı direktor, Simon Stiel qeyd etdi.
“COP29 bitənə qədər həll edilməli olan çox şey var”- Stiel əlavə etdi.
COP29-da 2025-ci ildən sonrakı dövr üçün yeni maliyyə hədəfinin razılaşdırılması gözlənilir, lakin hələlik məbləğ, töhfə verənlər və bu vəsaitlərin təyinatı barədə razılıq yoxdur.
Danışıqlar bəzi məqamları irəlilətməyə imkan versə də, Stiel "COP29-a qədər aydın seçimlər və qərar layihəsi üçün əsaslı çərçivə müəyyən edilməlidir" dedi.
Mikayıl