Kanada hökuməti öz vətəndaşlarına xəbərdarlıq edərək onlardan qəti şəkildə İrana səfər etməməyi istəyib.
Ednews xəbər verir ki, bununla bağlı, Kanadanın xarici işlər naziri Melani Coli çağırış edib.
O, hazırda İranda olan Kanada vətəndaşlarının da təcili şəkildə İranı tərk etməli olduqlarını vurğulayıb.
Qeyd olunub ki, Melani Colinin xəbərdarlığı ölkəsinin SEPAH-ı terror təşkilatları siyahısına salması qərarından sonra olub.
Əkbər Novruz