İranda prezidentliyə namizədin seçki qərargahı yandırıldı.
Ednews xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılan videoya görə, dünən axşam saatlarında İranın ali rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi və prezident seçkilərində qatı mühafizəkar siyasətçi namizəd Səid Cəlilinin seçki qərargahına etirazçı bir gənc tərəfindən yandırıcı maddə atılıb.
Məlumata görə, 18:00 radələrində həmin gənc hadisəni törətdikdən sonra qaçıb.
Qeyd olunub ki, heç kim ciddi xəsarət almayıb, ancaq qərargahda yandırıcı maddənin izləri qalıb.
Əkbər Novruz