Dünya gündəmini ələ alan Beril qasırğası ağır fəsadlar törətməyə davam edir.
Ednews xəbər verir ki, təxminən 1 həftədir davam edən Beril Hyuston da daxil olmaqla cənub-şərq Texasa güclü yağışlar gətirdi.
Bəzi şəhərətrafı ərazilərə 48 saat ərzində 213 mm-ə qədər yağıntı düşüb. Bu saylar sonuncu iyul ayı üzrə orta aylıq göstəriciləri keçib. Beril Arkanzasa doğru hərəkət edir və Texas, Luiziana, Oklahoma və Arkanzas ştatlarında güclü yağış gözlənilir, daşqın olma ehtimalı var.
A. Mikayıl