Bu gün Cəbəllütariqdə qızlar arasında Avropa çempionatının C divizionu üzrə (U-16) yarışları başladı.
Ednews xəbər verir ki, Azərbaycan yığma komandası A qrupundakı ilk oyunda Ermənistan komandası ilə qarşılaşdı. Görüş Azərbaycan komandasının 86:59 hesablı inamlı qələbəsi ilə başa çatdı.
Növbəti oyunlarda Azərbaycan yığma komandası Gürcüstan və Kipr milli komandaları ilə qarşılaşacaq.