ABŞ prezidenti Baydeni sərt tənqid edən İlon Maskın Donald Trampın kampaniyasına külli miqdarda ianə etdiyi üzə çıxıb.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, dünyanın ən zəngin insanlarından biri olan İlon Mask səhhəti ilə bağlı mübahisələrə səbəb olan ABŞ prezidenti Co Baydenə qarşı tənqidlərin dozasını artırarkən rəqibi Donald Trampın kampaniyasına ianə verib.
Bloomberg-in müxtəlif mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, Musk Trampın yenidən ABŞ prezidenti seçilməsi üçün çalışan America PAC-a böyük miqdarda ianə ilə dəstək verib. Xəbərdə Maskın nə qədər ianə verdiyi dəqiqləşdirilməyib.
Tesla-nın sahibi Elon Musk da Trampın müşaviri olacağı ilə bağlı yayılan xəbərləri rədd edib, lakin respublikaçıları dəstəkləyən açıqlamalar verib. Baydenin siyasətlərini sosial mediada tənqid edən Mask Trampla bir neçə dəfə görüşdüyünü də açıqlayıb.
Elektrik avtomobil inhisarını tənqid edən Tramp ötən ay verdiyi mesajda “Ancaq mən Elonun fanatıyam” demişdi.
Xəyal