"Donald Trampın ABŞ - nin yeni prezidenti olacağına əminəm".
Ednews "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "X" hesabında qeyd edib.
O, kinayə ilə Trampın 2023-cü ilin avqustunda rəsmən həbs edildiyi zaman şəklini əlavə edib: "O, şübhəsiz ki, seçkilərdə qalib gəlib. Yalnız necəsə öldürülməsə".
Qeyd edək ki, İyulun 14-də Tramp Pensilvaniyadakı seçki kampaniyası zamanı sui-qəsd cəhdindən sağ çıxıb.
Əkbər Novruz