Alikantedə (İspaniya) ölümlə nəticələnən faciəvi hadisə baş verib.
Ednews elmundo.es saytına istinadən xəbər verir ki, 33 yaşlı kişi ov tüfəngi ilə 36 yaşlı arvadının həyatına son qoyub. Hadisə Postiguet çimərliyinin qarşısındakı bir evdə baş verib və saat 23 radələrində daxil olan zəngdən sonra məlum olub.
Polis dərhal hadisə yerinə gəlib.
Səlahiyyətlilər işi seksist zorakılıq aktı kimi araşdırır və cinayətin təfərrüatlarını aydınlaşdırmaq üçün Alikante Hüquq-Tibb İnstitutunda məhkəmə-tibbi ekspertiza keçirir.
A. Mikayıl