İspaniya millisinin EURO2024-ün qalibi olmasından sonra artıq ölkədə bayram tədbirləri başlayıb.
Ednews elespanol.com-a istinadən xəbər verir ki, Milli komandanın heyəti saat 15:00 radələrində Barajas hava limanına enib.
İlk dayanacaq Zarzuela Sarayı olub, burada Kral VI Felip, Kraliça Letizia, Şahzadə Leonor və bacısı Sofia milli komandanın forması ilə 26 oyunçu və heyəti qarşılayıblar. Bu hadisə ispan futbolunun tarixə qızıl hərflərlə yazan məqamlardan birisi olub.
"Gördüyünüz işdən məmnunuq. Qoyduğunuz miras çox böyükdür. Göstərdiyiniz səylər və bu qələbə üçün sizə təşəkkür edirik" - Kral VI Felip heyəti təbrik edərək deyib. Bunanla yanaşı Şahzadə Leonor və İnfanta Sofiya da heyəti təbrik edərək uğurlarının davamını diləyiblər.
A. Mikayıl