Türkiyənin tanınmış yazıçısı Ferih Edgü 88 yaşında vəfat edib.
Ednews Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ədəbiyyatçı Metin Celal bildirib.
Yazıçının ölüm səbəbi məlum deyil.
Qeyd edək ki, F. Edgü “Kimsə”, “O” kimi romanların, “Hakkaridə bir mövsüm” ssenarisinin, “Bütün dərs qeydləri”, “İndi saat neçədi?”, “Yeni dərs qeydləri”, “Davam” kimi esselərin müəllifidir. Əsərləri bir çox dilə tərcümə olunub.