Qəzzada Əl-Cəzirə telekanalının müxbiri İsmayıl Al-ğul İsrail- HƏMAS müharibəsinin qurbanı olub.
Ednews xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.
Məlumata əsasən müxbirin istifadə etdiyi avtomobilə raket zərbəsi nəticəsində o, həlak olub.
Qeyd edilir ki, avtomobildə İsmayıl Al-ğuldan savayı Əl-Cəzirə kameramanı Rami al-Rafi də həyatını itirib.
Loğman