Polşa öz vətəndaşlarına xəbərdarlıq edib ki, İsrail, İran və Livana getməsin.
Ednews xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyi Yaxın Şərqdəki son hadisələrlə əlaqədar öz vətəndaşlarına “İsrail, İran və Livana səyahət etməmələri” barədə xəbərdarlıq edib.
Polşa Xarici İşlər Nazirliyinin X hesabında edilən açıqlamada, son günlər Yaxın Şərqdə artan gərginliyə əsaslanaraq Polşa vətəndaşlarına İsrail, İran və Livana səfərlərdən çəkinmələri tövsiyə edilib.
Polşanın PAP xəbər agentliyinin xəbərində Polşanın milli hava yolu şirkəti LOT-un təhlükəsizlik səbəbiylə 3-4 avqust tarixlərində Livan və İsrailə planlaşdırdığı 8 uçuşunu ləğv etdiyi bildirilib.
Xəyal