Kosmik nəqliyyat şirkəti SpaceX Falcon-9 raketi ilə daha 23 Starlink peykini aşağı yerin orbitinə göndərdi.
Ednews ensonhaber-ə istinadən xəbər verir ki, sahibkar iş adamı İlon Maska məxsus kosmik nəqliyyat şirkəti SpaceX orbitə daha 23 Starlink peyki göndərdi.
İnternet peykləri daşıyan Falcon-9 raketi yerli vaxtla saat 01.01-də ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən uğurla buraxılıb.
Falcon-9-un təkrar istifadə oluna bilən birinci mərhələsinin buraxılışdan 7 dəqiqə sonra Atlantik Okeanında "A Shortfall of Gravitas" adlı platformaya endiyi açıqlanarkən, 23 Starlink peykinin təxminən 64 dəqiqə ərzində aşağı Yer orbitinə yerləşdiyi bildirildi.
Məlumdur ki, Starlink peykləri dünyanın müxtəlif yerlərində internetə çıxışda çətinlik çəkən bölgələrə genişzolaqlı internet xidməti göstərmək üçün hazırlanıb.
Bu yaxınlarda orbitə göndərilən 23 Starlink peykinin SpaceX-in internet təminat qabiliyyətini artıracağı bildirilir.
Xəyal