Təşkilatçılar Paris Olimpiadasında qarışıq estafet ərəfəsində triatlonçular üçün bazar günü məşqini ləğv ediblər.
Ednews xəbər verir ki, bu barədə yarışın təşkilat komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qərar Sena çayında suyun keyfiyyətsiz olması səbəbindən qəbul edilib.
Qeyd edək ki, bundan əvvəl eyni səbəbə görə şənbə günü məşqi də ləğv edilib. Paris Oyunlarında qarışıq triatlon estafetinin avqustun 5-də keçirilməsi planlaşdırılır.