ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp noyabrın 5-də keçirilən seçkilərdə “Tesla, SpaceX və X kimi şirkətlərin sahibi İlon Maskın dəstəyini aldığı üçün elektrikli avtomobilləri dəstəkləməkdən başqa çarəsi olmadığını” bildirib.
Seçki kampaniyası üçün Corciya ştatının Atlanta şəhərində keçirdiyi mitinqdə çıxış edən Tramp amerikalı milyarder Maskın ona verdiyi dəstəyi dəyərləndirib.
Tramp, "Mən elektrikli avtomobillərin tərəfdarıyam. Olmalıyam, çünki bilirsiniz ki, Elon məni çox güclü dəstəklədi. Ona görə də seçimim yoxdur".
Tesla, SpaceX və X kimi şirkətlərin sahibi Elon Musk əvvəllər Trampın prezidentlik kampaniyasına ianə verdiyini, lakin onun ianələrinin “çox aşağı səviyyədə” olduğunu bildirmişdi.
Tramp ABŞ prezidenti Co Baydenin elektrikli avtomobillərə verdiyi dəstəyi “cəhənnəmə keçid” kimi qiymətləndirib.
Xəyal