Türkiyə hökuməti “İnstagram”ın fəaliyyətini bərpa etməyə hazırdır.
Ednews xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və insfrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada çıxışı zamanı deyib.
O bildirib ki, bunun üçün “Meta” şirkəti əvvəlcə üzr istəməlidir: “Çünki heç bir xəbərdarlıq edilmədən paylaşımlar silinib”.
Nazir müzakirələrin davam etdiyini və prosesin diqqətlə izlənildiyini diqqətə çatdırıb.
Xatırladaq ki, avqustun 2-də Türkiyədə “Instagram”a giriş bağlanıb. Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı paylaşımlara "Instagram"ın qadağa qoyması göstərilir.