ABŞ-da Respublikaçılar Partiyası tərəfindən vitse-prezidentliyə namizəd kimi irəli sürülən Ohayo ştatından senator J.D.Vens bəyan edib ki, ABŞ-ın hazırkı administrasiyasının Rusiyanın Avropa ölkələrini təhdid etməsi ilə bağlı iddiaları doğru deyil, lakin əks halda belə Vaşinqton müdafiəçi kimi çıxış etmək məcburiyyətində deyil.
Ednews xəbər verir ki, onun sözlərinə görə , ABŞ prezidentliyinə namizəd Donald Tramp noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, o, Avropa ilə dostluğunu davam etdirəcək.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə Moskvanın NATO ölkələrinə hücum etməyəcəyini və bunun heç bir mənası olmadığını bildirmişdi. Rusiya lideri qeyd edib ki , Qərb siyasətçiləri ölkədaxili problemlərdən diqqəti yayındırmaq üçün mütəmadi olaraq öz xalqını " Rusiya təhlükəsi " ilə qorxudur , lakin " ağıllı adamlar bunun yalan olduğunu çox gözəl anlayır".
Xəyal