Yunanıstanın Attika regionunda başlayan yangınlar ölkədə geniş vüsət alıb.
Ednews türk mediasına istinadən xəbər verir ki, paytaxt Afinadan 38 kilometr uzaqlıqda başlayan meşə yanğınlarının qarşısını almaq hələ də mümkün olmayıb. Yanğınlar səbəbi ilə 3-ü yanğısöndürən olmaqla ümumilikdə 13 nəfər yaralanıb. 9 kənd isə profilaktik tədbirlər məqsədi ilə boşaldılıb.
Qeyd edək ki, xialsedici qüvvələr ərazidən 180 nəfəri xials etməyi bacarıblar.
Hazırda yanğınsöndürən qüvvələr meşə yanğınlarının ətraf meşələrə keçməsinin qarşısını almağa çalışır.
Fərid