Rusiya milli azlıqların müdafiəsinə dair Avropa çərçivə konvensiyasından çıxıb.
Ednews "Lenta.ru"ya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədə məlumatı avqustun 14-də açıqlasa da, ölkə konvensiyadakı iştirakını avqustun 1-dən dayandırıb.
Rusiya bu sənədi 1996-cı ildə imzalamışdı. Konvensiyanı habelə Avropa Şurasının, Andorra, Monako, Türkiyə və Fransa istisna olunmaqla bütün üzvləri imzalayıblar.
Belçika, Yunanıstan, İslandiya və Lüksemburq konvensiyanı imzalasalar da hələ ki, ratifikasiya etməyiblər.
Konvensiya Avropada milli azlıqlarla rəftarın prinsiplərini ehtiva edir, habelə azlıqların diskriminasiyasına və zorla assimilyasiyasına qadağan qoyur.
Bu konvensiya milli azlıqların öz dininə sitayiş etmək və ana dilində danışmaq hüququnu tanıyır.
Əkbər Novruz