Əfqanıstan nümayəndə heyəti Kazanda keçiriləcək BRICS sammitində və ya təşkilatın növbəti yüksək səviyyəli iclasında iştirak edə bilər.
EDnews TASS-a istinadən xəbər verir ki, bunu “Taliban” hökumətinin ticarət və sənaye naziri Nuriddin Əzizi deyib.
“Bizim BRICS sammitində iştirak etmək üçün göndərdiyimiz məktuba təşkilat rəsmiləri tərəfindən baxılır. Ola bilsin ki, bu dəfə və ya gələn dəfə BRICS sammitində iştirak edəcəyik”, - deyə o, Qazaxıstan-Əfqanıstan biznes forumunun çıxışında mətbuat nümayəndələrinə açıqlaması zamanı bildirib.
N.Əzizinin sözlərinə görə, Əfqanıstan BRİCS sammitində müşahidəçi qismində iştirak etmək istəyir.