Gürcüstanda parlament seçkilərinin demokratik keçdiyini heç kim inkar edə bilməz.
EDnews Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Tbilisidə gürcüstanlı həmkarı İrakli Kobaхidze ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
"Gürcüstanda seçkilərin nəticələri danılmazdır, onlar azad və demokratik keçib. Avropada hələ mübahisələr olacaq, bunu ciddi qəbul etmək lazım deyil. Əgər liberallar qalib gəlirsə, Brüsseldə deyirlər ki, demokratiya var. Mühafizəkarlar qalib gəlirsə, demokratiyanın olmadığını bildirirlər. Bu, adi haldır", - o vurğulayıb.
Macarıstanın Baş naziri "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasını parlament seçkilərində qələbə münasibətilə təbrik edib.
Xatırladaq ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, 26 oktyabrda keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, hakim partiya 53,93 % səs toplayıb.