Dünən Kanadanın Xarici İşlər Nazirinin Müavini Devid Morrison Hindistan höküməti barəsində şok iddia ilə çıxış edib. "Vaşinqton Post" qəzetinə verdiyi açıqlamada hökümət rəsmisi Hindistan Xarici İşlər Naziri Amid Şahı Sikh separatçılarının təhdid olunmağında yaxından iştirak etməkdə günahlandırıb. Amid Şahın Hindistanın Baş Naziri Narendra Modi ilə çox yaxın münasibətinin olduğunu vurğulayan Morison Baş Nazirin də bu işlə əlaqəsi olduğunu istisna etməyib. İttihama sübut olaraq XİN müavini separatçılardan birinin onunla əlaqə saxlayanın Hindistan XİN-in olduğunu bildirməsini göstərsə də, həmin separatçının adını gizli saxlayıb.
EDnews