Türkiyə və Suriya hökümətləri dialoqun bərpasına ciddi maraq göstərdiklərini nümayiş etdirir. Rusiya da öz növbəsində bu danışıqların yenidən başlanmasına fəal şəkildə töhfə verəcək.
EDnews xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov .Türkiyənin “Hürriyet” qəzetinə verdiyi müsahibə əsnasında deyib.
Rusiya XİN başçısının bildirdiyinə görə, daha əvvəl Dəməşq və Ankaranın mövqelərindəki fikir ayrılıqları səbəbilə danışıqlar prosesində fasilə yaranıb.