Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO, Avropa ölkələrinə və ABŞ-yə nüvə müharibəsi ilə bağlı xəbərdar edib.
"EDnews" xəbər verir ki, o, nüvə müharibəsinin heç vaxt baş verməməli olduğunu vurğulayıb. Bununla belə, Lavrov Rusiyanın nüvə müharibəsinə hazır olduğunu da bildirib. Rusiya dünyanın münaqişəli bölgələrində gərginliyin azaldılması üçün çalışdığını deyən Lavrov, Rusiyanın nüvə silahının istifadəsinin qarşısını almaq üçün əlindən gələni etdiyini deyib.
Lavrov, “Ukrayna müharibəsi başlayanda bəzi Qərb ekspertləri bu müharibədə nüvə elementlərindən istifadə edilə biləcəyini deyirdilər. Hətta Böyük Britaniya baş naziri nüvə silahı düyməsini basmağın onun məsuliyyəti olduğunu bildirdi. NATO-ya üzv dövlətlərdən də NATO-nun nüvə ittifaqı olduğuna dair açıqlamalar olub. Gördüyünüz kimi, bu müzakirəni başlatan biz deyilik" - deyə bildirib.