O, Çinin ABŞ-nin şərq sahilinə hücuma hazırlaşdığı barədə gümanını da bölüşüb.
Xatırladaq ki, ABŞ-nin Nyu-Cersi də daxil olmaqla bir sıra ştatının sakinləri gecələr səmada onlarla dronun görünməsindən narahatlıqlarını bildiriblər. Yerli hökumətlər federal hökumətdən və hərbçilərdən baş verənləri araşdırmağı tələb ediblər. Lakin Pentaqon naməlum dronların uçuşlarında aşkar təhlükə görmədiyini və PUA-ların xarici dövlətlərə məxsusluğuna dair sübutların olmadığını vurğulayıb. Bununla belə, hadisələrin inkişafının izlənəcəyinə vəd verilib.
Yeri gəlmişkən, 18 ili Xüsusi Təyinatlı Qüvvələrdə olmaqla 19 ildən çox hərbi xidmətdə olan Livelsberger Yeni ilin ilk günlərində Las-Veqasda Trampın hotelinin yaxınlığında "Tesla Cybertruck"ı partladıb, özü də orada ölüb.