Ukrayna Rusiya qazının tranzitinin uzadılmasına dair müqavilə imzalamağı planlaşdırmır.
“EDnyus” Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Denis Şmıqal Ali Radadakı çıxışı zamanı bildirib.
"Hazırda sıfır tranzit şəraitində işləyən Ukraynanın qaz nəqli sisteminin fəaliyyəti energetika sahəsinin dayanıqlığının mühüm elementi olaraq qalır. Biz Rusiya qazının tranziti ilə bağlı heç bir müqavilə imzalamağı planlaşdırmırıq", - Baş Nazir əlavə edib.
Baş nazirin sözlərinə görə, 2025-ci il üçün prioritet məsələ qaz hasilatının, eləcə də Ukraynanın perspektiv vəd edən yataqlarına sərmayələrin artırılmasından ibarətdir.