Slovakiyanın baş naziri Robert Fikoo Davosda keçiriləcək iqtisadi forumda Volodimir Zelenski ilə görüşmək istəyir. Kiyev bu fikrə skeptik münasibət bildirib.
"EDnyus" xəbər verir ki, Ukrayna prezidentinin kommunikasiyalar üzrə müşaviri Dmitri Litvin X platformasında Zelenskinin hələ dərc olunmayan "Bloomberg News"a müsahibəsində Slovakiyanın baş nazirinin təklifini artıq şərh etdiyini yazıb.
Litvinin sözlərinə görə, Zelenski Robert Fiko ilə bağlı heç nə planlaşdıra bilməyəcəyini deyib: "Çünki o, Davosa gedə, amma Soçidə peyda ola bilər”.
"Biz onun səyahət biletlərini kimin aldığını bilmirik, amma bu faktdır ki Fiko təyinat yerini həmişə ötürür", - Litvin Zelenskidən sitat gətirir.