“Düşünürəm ki, Kanada bizim 51-ci ştatımız olmaq üçün çox güclü rəqibdir”.
"EDnyus" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
Amerika lideri bir daha Kanadanın baş naziri Castin Trüdonu “Qubernator Trüdo” adlandırıb.
“Onların hərbi müdafiəsi yoxdur, bizim müdafiəmizə ehtiyac duyurlar. Onlar düşünürlər ki, biz Kanadanı öz silahlı qüvvələrimizlə qoruyacağıq və bu, ədalətsizlikdir. Kanada ilə vəziyyət çox maraqlı olacaq. Çünki bizim onların məhsullarına ehtiyacımız yoxdur. Kanadalılar sadəcə istehsal etdiklərinin 95 faizini aldığımız üçün sağ qalırlar”, – Tramp vurğulayıb.
Xatırladaq ki, Kanada hakimiyyətidəfələrlə ABŞ-a qoşulmaq imkanını rədd edib. Trüdo bəyan edib ki, Kanada heç vaxt Amerikanın 51-ci ştatı olmayacaq.