Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Avropa ölkələrinin başçılarını maralla müqayisə edib.
"EDnyus" xəbər verir ki, o, bu barədə Münhen Təhlükəsizlik Konfransında bildirib.
Siyasətçinin fikrincə, Avropa liderləri özlərini avtomobil fənərlərinin işığına tuş gəlmiş marallar kimi aparmamalıdırlar.
O vurğulayıb ki, Qərb ölkələrinin özləri mövcud böhranı həll etməyə qadir subyektlərdir və qorxu onları iflic etməməlidir.