ABŞ Ukraynaya sülhməramlı kontingent göndərəcək?

Dünya 11:57 19.02.2025

"Ukraynada razılıq verəcəkləri təqdirdə Avropa sülhməramlı qüvvələrini yerləşdirmək olar, lakin biz ABŞ qoşunlarını ora yerləşdirməyi planlaşdırmırıq".

“EDnews” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında açıqlama verib.

Ağ Ev rəhbəri bir sıra Avropa ölkələrinin Ukraynada sülhməramlı kontingentlərin yerləşdirilməsi təkliflərini şərh edib və buna etirazının olmadığını vurğulayıb.

"Əgər onlar bunu etmək istəyirlərsə, əla olar", - deyə Tramp bildirib.

O, qeyd edib ki, Böyük Britaniya və Fransa belə ehtimalı nəzərdə tutur.

Bununla belə, Tramp ABŞ-nin Ukraynaya öz qoşunlarını göndərməyəcəyini vurğulayıb.

"Çünki biz çox uzaqdayıq", - deyə o bildirib.

Respublikaçıya Avropada ABŞ hərbi mövcudluğunu azaltmağı planlaşdırıb-planlaşdırmadığı soruşulduqda isə Tramp deyib:

"Heç kim məndən bunu xahiş etməyib, ona görə də düşünmürəm ki, bunu edəcəyəm. Mən bunu etmək istəməzdim".

Qeyd edək ki, fevralın 17-də Parisdə Avropa liderlərinin fövqəladə sammitinin mövzularından biri sülh sazişi çərçivəsində Ukraynada sülhməramlıların mümkün yerləşdirilməsi olub, lakin bu məsələdə görüş iştirakçıları arasında fikir ayrılığı yaşanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski əvvəllər bildirmişdi ki, Rusiya ilə münaqişə başa çatdıqdan sonra təhlükəsizliyin təmin edilməsi üçün ölkəyə 200 minə qədər Avropa sülhməramlısı lazımdır. Daha sonra o, bu sayı 100 minə endirdi. Böyük Britaniyada isə hesab edirlər ki, sülhün təminatı üçün on minlərlə və ya hətta daha az sülhməramlı kifayət edəcək.

Avropa liderlərinin nəzərdən keçirdiyi alternativ ssenari Ukraynaya Qərb ölkələrindən hərbi qüvvələrin ümumiyyətlə göndərilməməsini və vəziyyətin məsafədən monitorinqinə əsas diqqətin yetirilməsini nəzərdə tutur.

Bununla yanaşı, Polşa və İtaliya kimi bir sıra Avropa ölkələri sülhməramlıların yerləşdirilməsinin məqsədəuyğunluğuna şübhə edirlər. Almaniya Kansleri Olaf Şolts sülhün təmin edilməsi üçün alman hərbçilərinin göndərilməsi ehtimalının müzakirəsini "son dərəcə yersiz" adlandırıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov qonşu ölkədə NATO dövlətlərinin qoşunlarının özgə bayraq altında - Avropa İttifaqı bayrağı altında və ya milli bayraqlar altında belə yerləşdirilməsini qəbuledilməz adlandırıb.

Rusiyada pələng deputatı parçaladı

Xəbər xətti

Floridada bir qadın və üç uşaq güllələndi
14:11 27.03.2025
Ukrayna və Rusiya arasında ilkin razılaşma: Atəşkəs, yoxsa imitasiya?!
14:01 27.03.2025
Naxçıvanda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs edilib
13:57 27.03.2025
İlham Əliyev və Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak edib
13:55 27.03.2025
Gürcüstan prezidenti İlham Əliyevə təbrik məktubu göndərdi
13:49 27.03.2025
Gümrüdə "Ana Ermənistan" fraksiyasının qərargahında axtarışlar aparılır
13:46 27.03.2025
"Nyu-York və Vaşinqton məhkəmələrində korrupsiya və radikallıqda birinci yeri tutur"
13:37 27.03.2025
"İrəvan Bakı ilə sülh sazişinin imzalanma yerini prinsipial hesab etmir"
13:32 27.03.2025
Trampın ABŞ-nin avtomobil idxalına tarif tətbiqi qlobal ticarətə necə təsir edir?
10:23 27.03.2025
Türkiyənin daha bir hotelində dəhşətli yanğın baş verib
09:45 27.03.2025
Ukrayna Fransadan aldığı “Mirage” qırıcılarının sayını artıracaq
09:39 27.03.2025
Rəcəb Tayyib Ərdoğan: Türkiyə Avropa, Asiya və Yaxın Şərq arasında ticarət dəhlizlərinin inkişafına səy göstərir
09:25 27.03.2025
Cənubi Sudanda vitse-prezidentin həbsinə order verilib
09:22 27.03.2025
Çin avtomobil istehsalçısı Türkiyədə zavod tikəcək
09:09 27.03.2025
BMT Rusiya-Ukrayna məsələsi ilə bağlı son diplomatik danışıqları alqışlayır
08:19 27.03.2025
Litva-Belarus sərhədi yaxınlığında dörd ABŞ hərbçisi ölü tapıldı
08:14 27.03.2025
Braziliyanın keçmiş prezidentinə qarşı cinayət işi açılacaq
08:09 27.03.2025
Gürcüstanda azərbaycanlı tələbələrə dəstək məqsədilə “Qlobal Təhsil Assosiasiyası” fəaliyyətə başlayıb
08:05 27.03.2025
Türkmənistanın Prezidenti Ramazan bayramı münasibəti ilə Prezident İlham Əliyevi təbrik edib
08:02 27.03.2025
İranın yol və şəhərsalma naziri Azərbaycana səfər edəcək
07:54 27.03.2025
Azərbaycanın daimi nümayəndəsinin BMT baş katibinə məktubu qurumun sənədi kimi yayımlanıb
07:51 27.03.2025
"Ermənistan və Azərbaycan sülh sazişi imzalayana qədər müharibə təhlükəsi qalacaq"
07:39 27.03.2025
Paşinyan Ermənistanın baş naziri olmaqdan imtina etməsinin şərtini açıqlayıb
07:34 27.03.2025
"Sərhəddə atışma məsələsi diplomatik yolla həll edilməlidir"
07:29 27.03.2025
Qəzza bölgəsində uşaqların yaşadığı fəlakət: minlərlə uşaq İsrail tərəfindən öldürülüb
07:24 27.03.2025
NATO-nun Baş katibi Litvada itkin düşən amerikalı hərbçilərin taleyindən danışıb
06:15 27.03.2025
Mixael Şumaxerin səhhəti ilə bağlı yeni detallar ortaya çıxıb: Ünsiyyət qura bilmir
06:08 27.03.2025
" Qrenlandiya əhalisini ABŞ vətəndaşı olmağa inandırmalıyıq"
05:58 27.03.2025
“Mintz Group”un Beş Çin Vətəndaşı Azad Olundu: Şirkətin Çin Bazarı ilə Bağlantıları Gərginləşir
18:54 26.03.2025
İnsan Beyninin Təqlidi: Süni İntellektin İnkişafı və Cəmiyyətə Təsiri
14:24 26.03.2025
Tramp və Yeni Dünya Nizamı: Avropanın Təhlükəsizliyi və Gələcək Perspektivlər.
14:13 26.03.2025
Avropaya qarşı nifrət AI-ni dəhşətə gətirir - Tramp administrasiyasının müttəfiqləri ilə münasibətləri gərginləşir
14:09 26.03.2025
Sabah Azərbaycanda havanın temperaturu 20 dərəcəyədək artacaq
13:09 26.03.2025
Rusiyada iri şirkətlərə xaker hücumu baş verib
13:03 26.03.2025
"Tesla"ya hücumların arxasında Soros var?
13:03 26.03.2025
Gürcüstanın Bakıdakı səfiri geri çağırılır
13:01 26.03.2025
Çanaqqalada 41 nəfər qanunsuz miqrant saxlanılıb
12:59 26.03.2025
Cənubi Koreyada nə baş verir?
12:54 26.03.2025
Çox yatmağın ciddi fəsadları ola bilər
12:46 26.03.2025
"Azərbaycana investisiyalar biznes icması üçün böyük faydalar vəd edir"
12:42 26.03.2025
Hamısı