"Bu gün Almaniya və Donald Tramp adlı cənabın liderliyindəki ABŞ üçün böyük bir gündür".
"EDnews" "Haber Global"a istinadən xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp Almaniyada Xristian Demokratik və Xristian Sosial İttifaqlarının (CDU/CSU) seçkidə qələbə qazanması ilə bağlı danışarkən qeyd edib.
D.Tramp həmçinin qeyd edib ki, ABŞ kimi Almaniya xalqı da uzun illər hökm sürən enerji və köç mövzularındakı sağlam düşüncədən məhrum gündəmdən bezdiyini vurğulayıb.
"Hər kəsi təbrik edirəm. Neçə belə zəfərlərə!" - deyə ABŞ lideri qeyd edib.