Nepal monarxiyaya qayıtmaq istəyir

Dünya 05:15 11.03.2025

Minlərlə tərəfdar bazar günü Nepalın keçmiş kralını paytaxt Katmanduda qarşıladı və ləğv edilmiş monarxiyanın bərpa olunmasını, həmçinin Hinduizmin yenidən dövlət dini elan edilməsini tələb etdi.

Təxminən 10,000 kral tərəfdarı, onun Qərbi Nepala səfərindən qayıtması münasibətilə Katmandunun ticarət mərkəzinin və beynəlxalq hava limanının əsas girişini bağladı.

“Kral üçün kral sarayını boşaldın!", "Geri qayıt, kral!", "Ölkəni xilas et!", "Yaşasın sevimli kralımız!", "Biz monarxiya istəyirik!" – izdihamın şüarları bunlar idi.

Sərnişinlər hava limanına getmək və oradan çıxmaq üçün kifayət qədər uzun yolu piyada getməyə məcbur oldular. Onlarla çevik polis əməkdaşı etirazçıların hava limanına daxil olmasına mane oldu,amma bu zaman xoşbəxtlikdən heç bir zorakılıq halı qeydə alınmadı.

2006-cı ildə genişmiqyaslı küçə etirazları Qanendranı avtoritar idarəçiliyindən imtina etməyə məcbur etmişdi. İki il sonra isə parlament monarxiyanı ləğv etmək üçün səs verdi və Qanendra kral sarayını tərk edərək adi vətəndaş kimi yaşamağa başladı.

Lakin hazırki vəziyyətdə bir çox nepallı respublikadan narazıdır və onun siyasi sabitlik gətirə bilmədiyini, həmçinin iqtisadi çətinliklərə və geniş yayılmış korrupsiyaya görə məsuliyyət daşıdığını hesab edirlər.

2008-ci ildə monarxiya ləğv edildikdən sonra Nepal 13 hökumət dəyişib.

Mitinq iştirakçıları ölkənin daha da pisləşməsinin qarşısını almaq üçün siyasi sistemdə dəyişiklik olacağına ümid etdiklərini bildiriblər.

“Biz bura kralımıza tam dəstəyimizi göstərmək və onu yenidən kral taxtına qaytarmaq üçün toplaşmışıq," – deyə 72 yaşlı Bahadur Bandari bildirib.

Minlərlə insan arasında 50 yaşlı dülgər Kəlraç Şreşta da var idi. O, 2006-cı ildə krala qarşı keçirilən etirazlarda iştirak edib, lakin fikrini dəyişib və indi monarxiyanı dəstəkləyir.

«Ölkədə baş verən ən pis şey geniş yayılmış korrupsiyadır və hakimiyyətdə olan bütün siyasətçilər ölkə üçün heç nə etmir," – deyə Şreşta bildirib:

“Mən monarxiyanı devirmək üçün keçirilən etirazlara qatılmışdım, çünki bunun ölkəyə kömək edəcəyini düşünürdüm. Lakin səhv etmişəm, çünki ölkə daha da pis vəziyyətə düşdü. Buna görə də fikrimi dəyişdim," – deyə o əlavə edib.

Qanendra monarxiyanın bərpası çağırışları ilə bağlı heç bir şərh verməyib.Keçmiş kralın artan dəstəyə baxmayaraq, dərhal hakimiyyətə qayıtmaq şansı azdır.

Xatırladaq ki, 2002-ci ildə qardaşı və ailəsi sarayda qətlə yetirildikdən sonra kral olmuşdu.2005-ci ilə qədər icraedici və siyasi səlahiyyətləri olmadan konstitusiya üzrə dövlət başçısı kimi hökm sürdü.Lakin o, mütləq hakimiyyəti ələ keçirəndə hökuməti və parlamenti buraxdı, siyasətçiləri və jurnalistləri həbs etdi, rabitəni kəsdi, fövqəladə vəziyyət elan etdi və ölkəni idarə etmək üçün ordudan istifadə etdi.

Mədinə Məmmədova // EDnews

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etdi
23:48 22.06.2025
"İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq"
23:45 22.06.2025
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
23:43 22.06.2025
Suriyada terror aktı baş verib
23:39 22.06.2025
"Yaxın Şərqdə münaqişənin artması Çinin maraqlarını təhdid edir"
23:37 22.06.2025
Qubada ağır qəza baş verib
21:51 22.06.2025
Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
"Türkiyə tarixi yol ayrıcındadır"
13:56 22.06.2025
Naxçıvanın muxtar statusu ləğv edilir?
13:17 22.06.2025
Braziliyada faciə- Hava şarı qəflətən alovlandı
13:13 22.06.2025
Pişiklərin sahibləri ilə münasibətinə dair bilmədiklərimiz
13:09 22.06.2025
"Azərbaycan Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir"
13:07 22.06.2025
Təxirə salmaq vərdişindən necə qurtulaq?
12:29 22.06.2025
İran İsrailə hücumlarda ortamənzilli ballistik raketdən istifadə edib
12:24 22.06.2025
“Netanyahu gedəcək, amma İran qalacaq”
11:49 22.06.2025
Böyük Britaniya kralı "Netflix" üçün sənədli filmə çəkilcək
11:46 22.06.2025
"Çelsi" Mudrikdən 89 milyon avro tələb edə bilər
11:30 22.06.2025
Günəşdən 300 000 dəfə isti: Alimlər inanılmaz rekorda imza atıb
11:27 22.06.2025
Qrossi AEBA-nın təcili iclasını çağırıb
11:25 22.06.2025
"ABŞ-nin hərbi təcavüzünə bütün gücümüzlə müqavimət göstərmək haqqımız var"
10:20 22.06.2025
Vircil van Deyk ən yaxşısıdır
09:50 22.06.2025
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib
09:08 22.06.2025
Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək
08:06 22.06.2025
Nyu-Yorkda yaxta çay limanına çırpılıb
03:04 22.06.2025
"ABŞ-nin İrana zərbələri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir"
03:01 22.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirib
02:56 22.06.2025
“Yeni zərbələr planlaşdırılmayıb”
02:04 22.06.2025
Yaponiya sahilində güclü zəlzələ olub
00:59 22.06.2025
ABŞ Quamda B-2 strateji bombardmançılarını yerləşdirir
20:13 21.06.2025
Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
Hamısı