Dəb Necə Siyasiləşir?

Mədəniyyət 15:52 21.06.2025

Dəb – zahirdə sadə görünən, amma daxilən mürəkkəb kodlarla işləyən  sosial mexanizmdir. Onun arxasında təkcə zövq, estetika, forma və rəng seçiminin dayandığı zənn edilir. Lakin əslində, dəb, epoxaların ideoloji anatomiyasını geyim dilində şərh edən vizual manifestdir. O, həm fərdin kimliyinin, həm cəmiyyətin mədəni klapanlarının, həm də dövlətlərin yumşaq güc taktikasının tərkib hissəsinə çevrilib.

Bugün dünya siyasətinə podyumların kənarından baxmaq mümkün deyil. Əynimizdəki köynək təkcə tərz göstəricisi deyil, həm də  siyasi mesaj daşıyıcısıdır. Müəyyən brendin geyilməsi, bir rəngin seçilməsi, hicabın taxılması və ya çıxarılması – bunların hər biri fərdi zövqdən çox, kollektiv yaddaşın, güc münasibətlərinin və mədəni kodların təzahürüdür.

Dəb artıq siyasət qədər sərt, fəlsəfə qədər dərin, sənədli film qədər faktoloji, publisistika qədər polemik, manifest qədər cəsarətli ola bilir.

Dəb – sistemin yumşaq silahı və ya üsyanın dili?

Tarixdə ilk dəfə Napoleonun uniforması ilə başlayan "forma" siyasəti bu gün modada daha incə formada yaşamaqdadır. Geyim bir vaxtlar iyerarxiyanı vizual göstərən strukturun elementi idi – padşahın qızılı broşu ilə kəndlinin yun köynəyi arasında təkcə material fərqi yox, siyasi məsafə də vardı.

Lakin XX əsrin ortalarında dəb özünü etirazın və fərqli olmanın dili kimi yenidən kəşf etdi. Hippi hərəkatının yırtıq cinsləri, pankların mismarlı gödəkçələri, feministlərin kişiyə məxsus sayılan geyimləri özlərinə uyğunlaşdırması – bunların hər biri siyasi bir bəyanat idi: “Mən burdayam, mən fərqliyəm və mən danışacam.”

Geyim – bu yeni dildə səsə çevrilmiş vizual frazadır. Bu frazalar bəzən səssiz qışqırışdır: məsələn, İranda başörtüsünü yandıran qadın, ABŞ-da "Black Lives Matter" yazılı kapüşon geyinmiş gənc, Fransada sarı jiletlilər, Filippində LGBTQ yürüşündə başdan-ayağa göy-qırmızı geyinən fəal – onlar hamısı cəmiyyətin dominant səsini pozaraq öz vizual üsyanlarını həyata keçirirlər.

Dəb sistemin həm aləti, həm də ona qarşı yönəlmiş silahıdır.

Moda nəyin xidmətindədir: Bazarın, yoxsa ideologiyanın?

Kapitalizmin mexanizmləri arasında dəb qədər incə işləyən az sahə var. Geyim yalnız geyim deyil – o, ideya qablaşdırmasıdır. Brendlər bu ideyaları bazarda satır, istehlakçılar isə onlara sahiblənərkən yalnız məhsul deyil, həm də bir “poziya” alırlar: sosial status, gender azadlığı, irq bərabərliyi, ekoloji şüur və ya milliyyətçi ritorika...

Dünyaca məşhur markalar sadəcə paltar deyil, postulatlar yaradır:

“Zara” və “H&M” tez satılan, tez unudulan “fast fashion” ilə istehlak mədəniyyətini simvollaşdırır;
“Patagonia” və “Stella McCartney” ekoloji materiallardan istifadə etməklə ekoloji məsuliyyət mesajı verir;
“Balenciaga” və “Vetements” isə ironiya və dekonstruksiya yolu ilə müasir dünyanın absurdu ilə siyasi ironiyaya keçid edirlər.
Moda təkcə bədənə deyil, zehniyyətə tikilir. Hansısa brendin Ukrayna bayrağının rənglərində kolleksiya çıxarması, yaxud Fələstin dəstəkçilərinin kefiyyə taxması artıq siyasətə geyindirilmiş “diplomatik cild”dir.

Bazar burda yalnız bir satış yeri deyil, ideologiyaların rəqabət platformasıdır.

“Trend” adıyla satılan ideologiyalar

Bugünkü dəb, “trend” adı altında insanlara normativ ideologiyalar təklif edir. Əgər ötən əsrin modasında forma və ölçü əsas idisə, bu gün ideya və kimlik əsasdır.

“Bədən pozitivliyi” ideyası altında artıq yalnız arıq modellər deyil, fərqli bədən ölçüsünə malik insanlar da podyumlara çıxır. “Gender neytrallığı” çağırışı ilə kişi və qadın geyimləri arasındakı sərhədlər pozulur. Moda, artıq cinsin deyil, şəxsiyyətin vitrini olmağa çalışır.

Bu trendlər cəmiyyətə “bax belə olmalısan” demir – “istədiyin kimi ola bilərsən” mesajı verir. Ancaq bu azadlıq görüntüsünün özü də bəzən yeni bir estetik diktaturaya çevrilə bilər. “Siyasi korrektlik” uğrunda yarış – artıq brendlərin qorxudan etiraf etdiyi reallıqdır. Müxtəliflik nümayiş etdirməyən brend – ləğv olunur. Beləcə, dəb həm azadlıq meydanıdır, həm də rəqəmsal linç mədəniyyətinin vizual tələsidir.

 Dəb ideoloji toqquşma meydanı kimi

Dəb müasir dövrün ideoloji müharibələrini ən səssiz, lakin ən görünən müstəvidə – vizual səhnədə aparır. Bir modelin podyuma çıxmadan öncə taxdığı rəmz – bayraq, kefiyyə, hətta bir broş – dövlətlərin münasibətlərini dəyişə bilər.
Məsələn:

2019-cu ildə Dior-un kolleksiyasında Çin simvolikası ilə oynanması Pekində narazılıq yaratdı.
İsrail-Fələstin münaqişəsi zamanı bəzi dünya modellərinin açıq şəkildə Fələstini dəstəkləməsi brendləri çətin seçim qarşısında qoydu.
İranlı modelin hicabsız çıxışı ölkəsində “xain” damğası aldı, amma Qərbdə azadlıq simvolu kimi qarşılandı.
Dəb bir vizual müharibə meydanıdır – orda rənglər güllə, materiallar siyasət, forma isə ritorikadır.

Əynimizdəki paltar – ideologiyanın yeni dərisi
Dəb artıq təkcə nə geyindik sualına yox, nə düşünürük, nəyi təmsil edirik, kimin tərəfindəyik suallarına cavabdır. O, fərdin dünyaya təqdim etdiyi manifest, cəmiyyətin dəyərləri üzərində qurduğu səhnə, sistemlə ünsiyyətin bədən dilidir.

Hər dövrün öz dili var. Bu gün isə dövr öz ideyasını paltarla danışır. Biz əynimizə bir köynək geyinərkən, bəlkə də bilmədən bir ideologiyanın himnini səsləndiririk. Moda artıq təkcə estetik deyil – etik və siyasi mövqedir.

Sonda sual budur: “Sən nə geyinirsən?” yox, “Sən nəyi təmsil edirsən?”

Şahlar Ruhi

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
17:09 07.07.2025
İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib
17:06 07.07.2025
Vərəsəliklə bağlı yeni qaydalar təsdiqləndi
16:44 07.07.2025
Ən şanslı gündə doğulan bürclər açıqlandı
16:29 07.07.2025
Pezeşkian İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini deyib
16:19 07.07.2025
Rutte Məcburi Hərbi xidmət haqqında danışdı
16:14 07.07.2025
2025-ci il ərzində dərman zəhərlənmələrindən 7 nəfər ölüb
15:59 07.07.2025
Qala Dövlət Qoruğunda genişmiqyaslı iməcilik keçirilib
15:44 07.07.2025
"Qarabağ" Juninyonu geri alır?
15:29 07.07.2025
"Saakaşvili əfv olunmayacaq"
15:14 07.07.2025
Azərbaycanla bağlı məşhur trendə Puyol da qoşuldu
14:59 07.07.2025
Şəxsi məlumatlarımızı necə qoruyaq?
14:44 07.07.2025
“Rusiya və Azərbaycan müttəfiq qalmalıdır”
14:29 07.07.2025
Polşa ordusu Almaniya ilə sərhəddə xüsusi əməliyyat keçirir
14:14 07.07.2025
SAXAL Suriyada İranla əlaqəli olduğu iddia edilən yaraqlıları ələ keçirib
13:59 07.07.2025
Heyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklər -Mütəxəssislər xəbərdarlıq edir
13:44 07.07.2025
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi
13:29 07.07.2025
Dünyanın ən yaşlı quru heyvanı tapıldı
13:14 07.07.2025
"II Qaregin arxiyepiskopların hərbi çevriliş planlarını dəstəkləyir"
12:59 07.07.2025
Çin “Rafale”yə qarşı propoqanda aparır
12:34 07.07.2025
3 500 illik qədim şəhər aşkarlandı
12:29 07.07.2025
Rusiyada 8 azərbaycanlı saxlanılıb
12:14 07.07.2025
Ukraynanın Almaniyadan istədiyi silahların siyahısı yayımlandı
11:59 07.07.2025
Ukrayna dronları Rusiya səmasını işğal etdi
11:38 07.07.2025
İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11:23 07.07.2025
Lyayenin impiçment səsverməsi keçiriləcək
11:18 07.07.2025
“LC Waikiki”nin anbarı yandı
11:08 07.07.2025
Hamısı