İnsanlar 5-7 ildən sonra Marsı koloniyalaşdırmağa başlayacaq
“EDnews” xəbər verir ki , bu barədə amerikalı iş adamı İlon Mask bildirib.
Maskın fikrincə, əsas sual, texnoloji inkişafın hazırkı səviyyəsinin Yerdən tədarükün dayandırıldığı halda belə, Marsda insan sivilizasiyasının avtonom mövcudluğunu və inkişafını təmin etmək üçün yetərli olub-olmayacağıdır. Onun sözlərinə görə, əks halda Mars yox olacaq.
Qeyd edək ki, Mask martın 15-də Starship kosmik gəmisi ilə insanabənzər robot Optimusu Marsa göndəriləcəyini elan edib.
Fatimə Mərdanlı//EDnews